f8f5d04d-877b-418d-b879-761d1ef85972..jpg

Azərbaycan Tennis Federasiyası rusiyalı idmançının təxribatına münasibət bildirib

Baxış sayı: 1. 011 dəfə baxılıb.

Azərbaycan Tennis Federasiyası rusiyalı idmançının təxribatına münasibət
bildirib

Azərbaycan Tennis Federasiyası (ATF) Karen Xaçanovun “Avstraliya Açıq”
turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına məktub
göndərib.

Qurumdan Cixisyolu.com-a verilən məlumata görə, ATF yarışda xoşagəlməz hadisənin baş
verdiyini bildirib.

Federasiya yanvarın 20-də erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanovun
mənfur hərəkət etdiyini diqqətə çatdırıb:

“Xaçanov ABŞ-dən olan rəqibi Frensis Tiafunu məğlub etdikdən sonra qələbə
sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Artsakh
stay strong”, yəni “Artsax, möhkəm ol” sözlərini qeyd edib. Əslində,
tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək
sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata
keçirmək üçün istifadə edib”.

ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş
təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb:

“Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə
halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu
cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin
görülməsi tələb edilib. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini
tapacaq”.

Source link