65fefae9-2bf6-4709-9010-54a3a15604e1..jpg

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Baxış sayı: 584 dəfə baxılıb.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Texniki
Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında”
Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin
tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki
Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Azərbaycan Texniki
Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində
Azərbaycan Texniki Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Qərarla bu linkdən

tanış olmaq mümkündür.

Source link