f7277559-3b7b-43f5-ba56-522964dd6f57..jpg

Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat etdi – FOTO

Baxış sayı: 529 dəfə baxılıb.

Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru
Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib k, o, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının
Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının
Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi
(1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi
işçi, 1989-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat
kafedrasında dosent, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. “Ali
texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə
tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri” (2009) mövzusunda
doktorluq dissertasiyası müdafiə edib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun “Ali və orta ixtisas
təhsilinin nəzəri problemləri” şöbəsində baş elmi işçi (2013-2014), “Müəllim
hazırlığı kurikulumu” şöbəsinin müdiri (2014-2015) vəzifələrində işləyib.

2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının
professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın
elmi məqalənin müəllifidir. “Ukrayna-Azərbaycan dostluq körpüləri”,
“Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə” medallarına və
Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.İ.Mossokovski adına fəxri
medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif
edilib.

Allah rəhmət eləsin!

Source link