FIFA 2017-ci ildə klubları beynəlxalq transferlərdən ən çox xərcə düşən və gəlir götürən ölkələrin siyahısını açıqlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan ən çox xərcə düşənlərin “Top-15”liyində yer alıb.
Ölkə klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Nəticədə Azərbaycan XIV pillədə qərarlaşıb.
Ən çox xərcə düşən və ən çox gəlir götürən ölkələrin siyahısı belədir:
Ən çox xərcə düşən ölkələr
1. İngiltərə – 988,1 (milyon dollar)
2. Almaniya – 237,8
3. Çin – 227
4. Fransa – 215,9
5. İtaliya – 145,7
6. ABŞ – 66,3
7. Rusiya – 61,9
8. Türkiyə – 57,1
9. Hindistan – 36,3
10. Yaponiya – 30,5
11. Səudiyyə Ərəbistanı – 24,1
12. Şotlandiya – 12,9
13. Meksika – 7,7
14. Azərbaycan – 4,7
15. Anqola – 3,9
Ən çox gəlir götürən ölkələr
1. Portuqaliya – 707,5
2. Braziliya – 226,9
3. Hollandiya – 176,6
4. Argentina – 162,1
5. İspaniya – 110
6. Belçika – 87,9
7. Avstriya – 62,6
8. Ukrayna – 59,3
9. Xorvatiya – 51,8
10. İsveç – 37,5
11. Yunanıstan – 36,8
12. İsveçrə – 36
13. Uruqvay – 35,1
14. Polşa – 25,6
15. Serbiya – 23,6.
S.T.
www.ÇıxışYolu.Com