Ankarada rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.
ÇıxışYolu.Com xəbər verir ki, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.