52acbe37-a1db-4d38-9887-68988d5ba0cf..jpg

Azərbaycan-Türkiyə birgə təlimi: Şərti düşmənin diversiya qrupu zərərsizləşdirilib – VİDEO

Baxış sayı: 555 dəfə baxılıb.

Azərbaycan-Türkiyə birgə təlimi: Şərti düşmənin diversiya qrupu
zərərsizləşdirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil
olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk –
2023” birgə taktiki təlimi davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu,
Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları,
Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi
təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü
mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra
edilib.

Plana uyğun olaraq, şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv
edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun
zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə
yetirilib.

Hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluqçuları qarşıya qoyulan
bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.


Source link