04d5a297-9c2c-48a3-85f9-69d4986a37a8..jpg

Azərbaycan-Türkiyə birgə taktiki təlimi başa çatıb – FOTO/VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Azərbaycan-Türkiyə birgə taktiki təlimi başa çatıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının
cəlb edildiyi “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi uğurla başa
çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə taktiki təlimdə Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun
Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis
Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi
təyinatlıları və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsubları
iştirak ediblər.

Hər iki qardaş ölkənin qoşunları arasında təcrübə mübadiləsi və şəxsi heyətin
peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan bütün
tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Qeyd edək ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş
ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə
taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək
şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən
artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar
cəlb olunub.


Source link