Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak edən bir qrup hərbi
qulluqçu mükafatlandırılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksəksəviyyəli
müşahidəçi günü”ndə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler digər
qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki
qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr
təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında
bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə
Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal
Atatürk – 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.