850c9303-c8b4-490a-a829-c4d004aca8a7..jpg

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Baxış sayı: 464 dəfə baxılıb.

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2023-cü il üçün
ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi
Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları
keçirilib.

Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi
əməkdaşlıq məsələləri müzakirə olunub.

Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının
peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin
əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir
mübadiləsi aparılıb.

Plana uyğun olaraq, Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi
hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

Source link