40514fd7-5cdb-4568-a09d-404b4e0588bd..jpg

Azərbaycan Türkiyə ilə texnologiya transferi barədə danışıqlar aparır

Baxış sayı: 771 dəfə baxılıb.

Azərbaycan Türkiyə ilə texnologiya transferi barədə danışıqlar aparır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycandakı şirkətlərlə məlumat mübadiləsi, texnologiya transferi,
investisiya yatırımları, telekommunikasiya sistemində Azərbaycan və Türkiyə
istehsalı olan avadanlığın istifadəsi istiqamətində danışıqlar aparırıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə
Kommunikasiya Texnologiyaları Klasterinin rəhbəri İlyas Kayaduman deyib.

Onun sözlərinə görə, Türkiyədə 160-dan çox şirkətlə bərabər, sadəcə,
telekommunikasiya sektorunda çalışan və Türkiyə şirkətlərindən ibarət bir
klaster var:

“Bu şirkətlərlə bərabər çalışmaqda əsas məqsəd başda Türkiyə olmaq üzrə
telekommunikasiya sistemində türk istehsalı olan milli və yerli avadanlıqların
istifadəsinin artmasını təmin etməkdir. Bizim qurumun əsası 2017-ci ildə
qoyulub və bu günədək ciddi uğurlar əldə etmişik”.

O qeyd edib ki, bu uğurları Azərbaycana da gətirmək istəyir:

“Azərbaycandakı yerli şirkətlərlə də əməkdaşlıqlar qurub, buradakı fürsətləri
dəyərləndirərək ölkədə telekommunikasiya ekosisteminin genişləndirilməsi
istiqamətində birgə işləmək niyyətindəyik”.

İ.Kayaduman bildirib ki, ötən səkkiz-doqquz ay müddətində bu tədbirlərin
həyata keçirilməsi üçün həm Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən,
həm də Türkiyə tərəfindən ciddi işlər görülüb. Şirkətlərimizi bir araya
gətirərək dinamizmi ortaya çıxarmaya çalışırıq. Birlikdə daha yaxşı layihələr
ortaya qoyacağımıza inanırıq”.

Source link