613db454-17c3-424e-bae3-cb600530293b.jpg

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi başa çatıb

Baxış sayı: 31 dəfə baxılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə
Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa
çatıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının
nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi
layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın
gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən təlimdə
iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Source link