Azərbaycan Türkiyədə telekanal açacaq

Azərbaycan Türkiyədə telekanal açacaq

Baxış sayı: 2. 504 dəfə baxılıb.

Azərbaycanın ən iri media holdinqi “Global Media” Türkiyədə xəbər kanalı açır.

ÇıxışYolu.Com Haqqın.az-a istinadla xəbər verir ki, hazırda Cine 5 və Kanal 6 telekanalları olan binada intensiv işlər aparılır.

“Global Media”nın 8 telekanalı, 4 internet portalı və 2 qəzeti var.

Media qrup Türkiyədə uzunmüddətli biznes qurmaq istəyir və buna görə də, məşhur aparıcı və jurnalistləri əməkdaşlığıa dəvət edir.

Yeni kanal TR24 adlandırılacaq və NTV, CNN Türk, Habertürk və digər məşhur kanallarla rəqabət aparacaq.

www.ÇıxışYolu.Com