7e70e236-6481-4522-9d45-a453428ab4dc..jpg

Azərbaycan Türkiyədə zəlzələ bölgəsində tədqiqatlara başlayıb, stansiya quraşdırıb – FOTO

Baxış sayı: 890 dəfə baxılıb.

Azərbaycan Türkiyədə zəlzələ bölgəsində tədqiqatlara başlayıb, stansiya
quraşdırıb – FOTO

Azərbaycan Türkiyənin zəlzələ bölgəsində maqnitometrik istinad stansiyası
quraşdırıb.

Cixisyolu.com xəbər verir ki, Türkiyədə səfərdə olan AMEA nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları zəlzələ bölgəsində tədqiqatlara
başlayıblar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin
rəhbərlik etdiyi mütəxəssislər qrupu ilk olaraq fevralın 6-da baş verən birinci
zəlzələnin ərazisində – Qaziantep şəhərində Pazarcıq adlanan ərazidə,
Adıyamanın Balkar kəndində (yer səthində 4 metr yerdəyişmə olub), Gölçübaşı
kəndində(əyilən binaların yoxlanması) və Kahramanmaraşda tədqiqatlara
başlayıblar.

Kahramanmaraşda mərkəz əməkdaşları tərəfindən bir ədəd maqnitometrik istinad
stansiyası qurulub.

Bundan başqa, Pazarçık ərazisində yeni binaların inşa ediləcəyi yerlərdə
profillər üzrə maqnitometrik, qravimetrik və mühəndisi seysmik tədqiqatlar
aparılacaq ərazilər seçilib.

Source link