Azərbaycan üçün uğursuz hakim “Qarabağ”ın oyununa təyin olundu

Baxış sayı: 2. 380 dəfə baxılıb.

Azərbaycan üçün uğursuz hakim “Qarabağ”ın oyununa təyin olundu

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Partizani” matçının hakimləri açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, iyulun 17-də keçiriləcək görüşə moldovalı hakimlər briqadası təyin olunub.

Belə ki, Dmitri Muntyan baş hakim qismində fəaliyyət göstərəcək. Bu hakimin yolu 2016-cı ildə iki dəfə Azərbaycan təmsilçisi ilə düşüb. Ancaq hər iki halda təmsilçilərimiz qalib gələ bilməyib.

Əvvəlcə 21 yaşadək millimizin Farer Adaları ilə seçmə oyununu idarə edən Muntyan daha sonra UEFA Gənclər Liqasında “Dinamo” (Rusiya) – “Qəbələ” matçında hakimlik edib. Bakıdakı ilk görüş 1:1 başa çatıbsa, Moskvadakı ikinci matçda Rusiya klubu Qəbələ təmsilçisinə beş cavabsız qol vurub.

Ona Vladislav Lifçyu, Andrey Bodyan və Aleksandr Tyan kömək edəcək. Şotlandiyalı Uilyam Yanq hakimlərin işinə qiymət verəcək. UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.

Qeyd edək ki, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək bu matç saat 21:00-da başlayacaq.

Səbuhi Musayev