Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının tərkibi dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bununla bağlı “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.
Dəyişikliyə əsasən Komissiyanın sədri artıq baş nazirin müavini Yaqub Eyyubov yox, energetika naziri olacaq. Nazirlər Kabineti aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi) Komissiya üzvlüyündən çıxarılıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini isə Komissiyaya üzv olacaq.