184aed0d-97c6-44b6-a0d4-ac1f69a9d2e4..jpg

Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək

Baxış sayı: 697 dəfə baxılıb.

Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynanın İrpen şəhərində dağılmış daha dörd mülki obyekt Azərbaycan
tərəfindən bərpa ediləcək”.

Bunu “Report”a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

“Bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki,
Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha dörd
obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən
əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin
minnətdarıq”, – deyə mer əlavə edib.

Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində
akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri
xəstəxananı əsaslı təmir edib.

Source link