56996ec4-7281-498e-9b57-e26bc05d4a40..jpg

Azərbaycan üzgüçüləri Macarıstandakı beynəlxalq turnirdə 32 medal qazanıblar

Baxış sayı: 781 dəfə baxılıb.

Azərbaycan üzgüçüləri Macarıstandakı beynəlxalq turnirdə 32 medal qazanıblar

Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr
arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.

Azərbaycan Üzgüçülük Federasiyasının yaydığı məlumata görə, idmançılarımız 14
qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.

Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların
mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm
Cavadova üç çempionluq, bir ikincilik qazanıb.

Həmçinin Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Oruclu 1 qızıl,
Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1
bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc,
Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc,
Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan
Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.

Source link