0e27b44b-5c12-4bf5-8dda-4913ec79d118..jpg

Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub – FOTO

Baxış sayı: 815 dəfə baxılıb.

Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə
olunub – FOTO

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri
çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-nin Milli
Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen
ilə görüşüb.

Tərəflər ABŞ-nin hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin
öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov
Azərbaycanda yeni yaradılan Milli Müdafiə Universiteti barədə ətraflı məlumat
verib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın
inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Source link