ed223774-688e-461c-92c6-f0333ba193d7..jpg

Azərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub

Baxış sayı: 965 dəfə baxılıb.

Azərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub

Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter
Ştaynmayer Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat
yayıb.

Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud
vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini
müzakirə ediblər.

Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer
Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə
iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını
dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini
vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli
formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan
Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı
bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları
yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər
humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.

Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının
perspektivlərini yüksək qiymətləndirərək, bu əlaqələrin inkişafı üçün birgə
səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.

Source link