4ef3610c-1de1-4178-ab0c-af7eb749cafe.jpg

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Baxış sayı: 194 dəfə baxılıb.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün
ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Müdafiə Nazirliyinin nümayəndə
heyəti Azərbaycana səfər edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar nazirliyin Beynəlxalq Hərbi
Əməkdaşlıq İdarəsində olublar:

“Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət
istiqamətlərinə dair brifinq təqdim olunub. Mühəndis Qoşunları Baş İdarəsinin
rəisi, general-mayor Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan
qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən
işlər barədə məlumat verib.

Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin
inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib. Səfərin növbəti
günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi
hissəsində olublar. Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan
silah sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki
mühəndis şəhərciyi ilə tanış olub.”

Source link