Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə
görüşü keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş
Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş
tərkibdə görüşü olub.
AZƏRTAC
xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı,
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident
Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin
Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan
bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.