1e822f6e-dd54-4be0-95b1-58f84f2f19a6.jpg

Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

Baxış sayı: 226 dəfə baxılıb.

Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu
imzalanıb.

“Report” xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər
nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo
imzalayıb.

Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi
edəcək Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın
təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.

Source link