6b0b67a9-ae5d-4ccf-bfe1-2cc153e93ccb..jpg

Azərbaycan və Britaniya beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalayıb – FOTO

Baxış sayı: 932 dəfə baxılıb.

Azərbaycan və Britaniya beynəlxalq avtomobil daşımaları haqqında saziş
imzalayıb – FOTO

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter”
hesabında yazıb.

Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə
əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti
ilə görüşüb.

R.Nəbiyev qeyd edib ki, saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı
üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.

“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında
Saziş” imzaladıq. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün
yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.pic.twitter.com/VXQIR0g2Fx

— Rashad Nabiyev (@RashadNNabiyev) February 23, 2023

Source link