b480c7d4-d94f-4f17-8e7b-a3ce47ed65f9..jpg

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edə bilər

Baxış sayı: 591 dəfə baxılıb.

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edə bilər

“Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlığın böyük perspektivləri
var”.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin ticarət və
iqtisadi məsələlər üzrə müşaviri Ma Çi deyib.

“Çin kosmik sənayenin inkişafında mühüm irəliləyiş əldə edib. Bu sahədə
əməkdaşlıq Azərbaycanın istək və maraqlarından asılı olacaq”, – deyə o
vurğulayıb.

Ma Çi oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika
Konqresinin İKT, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafına fayda
verəcəyini vurğulayıb:

“Konqresdə Çindən bir çox nümayəndə heyəti, assosiasiya və şirkətlər təmsil
olunacaq. Onların ən böyüyü “China Aerospace Science and Industry Corporation”
və “China Aerospace Science and Technology Corporation”dır”.

Source link