6b7eec29-5291-4629-bbf3-bc39acf06c66.jpg

Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalanıb

Baxış sayı: 240 dəfə baxılıb.

Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin “FiberHome Telecommunication
Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu
imzalanıb.

Bu barədə Cixisyolu.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl
Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan
Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin Baş icraçı
direktoru Hai Lan iştirak ediblər.

Tədbirdə 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli
Prioritetləri barədə məlumat verilib, sənəddə ölkəmizin müasir innovasiyalar
məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Bildirilib ki,
ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə
dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulub və mühüm
layihələr icra edilir.

Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə
imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər
və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə
Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan
İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes
təcrübələrinin tətbiqinə təkan verəcək.

Qeyd edək ki, “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti
1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları
şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından
biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və
müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul
portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin
satışını həyata keçirir.

14:40

“Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin “FiberHome Telecommunication
Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu
imzalanıb”.

Cixisyolu.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün
“Facebook” hesabında paylaşım edib:

“Sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və
informasiya texnologiyaları sahələrində əməkdaşlığını gücləndirməklə Azərbaycan
və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya
Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin
tətbiqinə təkan verəcək”.


Source link