Azərbaycan və Dünya Bankı bir sıra sahələrdə əməkdaşlığı genişləndirə bilər –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyində Dünya Bankının rəsmiləri ilə keçirilən görüşdə
infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın
perspektivləri müzakirə edilib.
Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya
Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz
Kormier, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional
direktoru Əsəd Ələmlə görüşüb.
İqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini,
əlaqələrin çoxşaxəliliyini qeyd edib, bank ilə investisiya mühitinin
təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun
diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və
orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı
vurğulayıb.
Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru
Çarlz Kormier Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində
Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, bank
tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini
bölüşüb.
Görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və
infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın
perspektivləri barədə müzakirələr aparılıb.
18:40
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada
İnfrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, Bərabər İnkişaf, Maliyyə
və İnstitutlar üzrə regional direktoru Əsəd Ələm ilə görüşərək bir neçə sahədə
əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bunu nazir “X” sosial şəbəkə hesabında bildirib.
“Görüşdə bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və
infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın
perspektivləri barədə müzakirələr apardıq”, – deyə o qeyd edib.
#DünyaBankı
-nın Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz
Kormiyer (@chjcormier
Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələm ilə
görüşdə Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və
infrastruktur, rəqəmsal…pic.twitter.com/9fbb9mzAE4
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2023