Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə
edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə
Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim
heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə
İnstitutunu ziyarət ediblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi,
eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib.
Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı
ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra
məsələlər müzakirə olunub.
Sonra nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət
göstərən Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olub. Qonaqlar
institutun və mərkəzin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri
barədə məlumatlandırılıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.