e76d95cc-85eb-4e1a-b8d4-0bcd6e223618..jpg

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı – RƏSMİ

Baxış sayı: 460 dəfə baxılıb.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası
ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə
əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin
müavini Şahin Mustafayevin xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, proses Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci
görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq aparılır.

Source link