“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qlobal təhlükəsizlik
sistemini inkişaf etdirəcək” – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Düşünürəm ki, fevral və ya martın əvvəllərində biz Azərbaycan və Ermənistan
arasında sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.
Bunu “Report”a gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya deyib.
“Sülh müqaviləsinin imzalanması prosesində ciddi irəlləyişlər var. Bu müqavilə
nəinki regionun təhlükəsizliyi üçün vacibdir, eləcə də qlobal təhlükəsizlik
sistemini inkişaf etdirəcək”, – V.Maysaya bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan yeni ağlllı güc tətbiqini nümayiş
etdirir:
“Burada həm ağıl, həm də lazım gəldikdə güc tətbiq olunur. Prezident İlham
Əliyevin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında rolu çox
böyükdür”.