72fc85e5-0776-466b-8b6b-6111d17f6eee..jpg

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü olub: NƏTİCƏ – YENİLƏNİB + VİDEO

Baxış sayı: 674 dəfə baxılıb.

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü
olub: NƏTİCƏ – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin
Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın
sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci
görüşü keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib,
bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi
görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq
razılaşdırıblar.

Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası
ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə
layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər,
həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair
razılığa gəliblər.

Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və
yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

11:26

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü
başlayıb.

Bu barədə “Sputnik Ermənistan” bu ölkənin baş nazirin müavini Mqer Qriqoryanın
ofisinə istinadla məlumat verib.

Bildirilir ki, görüş Qazax-İcevan sərhədində keçirilir.

Qeyd edək ki, Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı
tərəfi onun erməni həmkarı Mqer Qriqoryantəmsil edir
.

Source link