Azərbaycan və İran generalları görüşdülər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi
Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə
doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti
ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi
general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə
olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə
Universitetində olub. Qonaqları salamlayan general-mayor İ.Ə.Müqəddəm onları
İranda görməkdən məmnun olduğunu bildirib. Nümayəndə heyəti İran Ali Milli
Müdafiə Universitetinin elm, tədris və kitabxana bazası ilə tanış olub, onlara
təhsil müəssisəsinin fəaliyyəti haqqında brifinq təqdim edilib.
General-mayor A.Həsənov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirib, Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi
təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu ilə bağlı
məlumat verib.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından
qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb.
Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi
hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub.
Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti,
İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də
ziyarət edilib.
Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra
məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.