Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran
İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və
gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə “Dənizdə axtarış-xilasetmə” təliminin məqsədi və icra olunacaq
tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.
Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən
təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata
keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin
olunması üzrə fəaliyyətlər icra edilib.
Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər
tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.