12f57c43-dc5f-4182-9edd-9389c400a5d5..jpg

Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Baxış sayı: 515 dəfə baxılıb.

Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir
Abdullahian ilə telefonla danışıb.

Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında
münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin
əhəmiyyəti qeyd olunub.

Həmçinin, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq
formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Source link