aab5e317-727a-45f2-b096-f278c66bd1eb..jpg

Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Baxış sayı: 793 dəfə baxılıb.

Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Bildirilib ki, bu, 28-29 dekabr 2022-ci il tarixlərində Azərbaycan
Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi
nümayəndə heyətinin İsrail Dövlətinə işgüzar səfəri çərçivəsində baş tutub.
Siyasi məsləhətləşmələrdə İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi
Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun iştirak edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və
humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri,
Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər
müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş
direktoru Alon Uşpitz ilə görüşüb.

Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin
Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis
müavini Aviv Ezra arasında görüş keçirilib.

İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin
nümayəndələri ilə də görüşlər təşkil olunub.

Source link