4dadfd8d-5018-4348-b154-e130dc0acb0b..jpg

Azərbaycan və Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə olunub – FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Azərbaycan və Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə
olunub – FOTO

Azərbaycan və Moldova tibb işçiləri arasında təcrübə mübadiləsi müzakirə
olunub.

Cixisyolu.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)
İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova
Respublikasında səfərdə olub.

11-14 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində Moldova
Respublikasının Təcili Tibbi Yardım İnstitutunda, Tibbi Təlim üzrə Simulyasiya
Mərkəzində, “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasında, Təcili və
Xəstəxanayaqədər Tibbi Yardım üzrə Milli Mərkəzdə yaradılan şəraitlə, görülən
işlərlə yaxından tanışlıq olub.

Tibb müəssisələrinin rəhbər heyəti və əməkdaşları ilə birgə keçirilən
görüşlərdə tibb müəssisələrinin idarə olunması, təcili tibbi yardımın
gücləndirilməsi, icbari tibbi sığorta sisteminin tətbiqi imkanlarının
genişləndirilməsi, simulyasiya mərkəzlərinin formalaşdırılması, tibb personalı
arasında qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə edilib.

Source link