Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, tədbirdə “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilir,eləcə də cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılır.