e09e558a-9aa5-49ef-94aa-465ce0f33d7f.jpg

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Baxış sayı: 234 dəfə baxılıb.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Respublikasının Hava Hücumundan
Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovu
qəbul edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qonağı salamlayan müdafiə naziri onu Azərbaycanda görməkdən məmnun olduğunu
bildirib, ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və
qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənabİlham Əliyevin tapşırığına əsasən, Azərbaycan
ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirildiyini
vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-mayor A.Burxanov səmimi
qəbula görə öz minnətdarlığını bildirib, general-polkovnik Z.Həsənova
Özbəkistan müdafiə nazirinin salamlarını çatdırıb.

Sonra Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində rəsmi qarşılanma
mərasimi təşkil edilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini –
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə
özbəkistanlı həmkarı ilə fəxri qarovulun önündən keçib.

Komandanlar arasında keçirilən görüşdə Azərbaycan ilə Özbəkistanın digər
istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində
təcrübə mübadiləsinin inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin
əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri,
eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi
aparılıb.

Sonda Özbəkistan nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda
Məntəqəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq
məsələləri müzakirə edilib
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Source link