eb7a2544-bd09-47fd-ba76-c5086df2020e..jpg

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb – FOTO

Baxış sayı: 565 dəfə baxılıb.

Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun
dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov oktyabrın 19-da “Bahouddin Nəxşbəndi” memorial
kompleksində olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, komplekslə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov
Buxara ümumqoşun poliqonuna gəlib.

Rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə nazirləri fəxri qarovul
dəstəsinin önündən keçiblər, hər iki ölkənin dövlət himni səsləndirilib.

Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil
sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin
mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin
təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir
mübadiləsi aparılıb.

Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Burada
qonaqlara hərbi qulluqçuların nümunəvi məşğələləri nümayiş etdirilib.

Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib və birgə xatirə şəkli
çəkdirilib.

Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası
Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”
imzalanıb.

Source link