9f20e0b8-7345-4502-8c4b-f01f2d900409..jpg

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb

Baxış sayı: 706 dəfə baxılıb.

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu
Pakistan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri
Muhammad Xalid Camalini onun xahişi ilə qəbul edib.

Bu barədə səfirliyikdən bildirilib.

Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və
gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı Azərbaycanın Rusiya
Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində
fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni
tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanla Pakistan münasibətlərinə toxunan ölkəmizin səfiri iki dövlət
arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək
səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik
nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini
bildirib.

Pakistanın səfiri qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və
Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın
davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib. Öz
növbəsində səfir Polad Bülbüloğlu ölkəmizin ərazilərində qeyri-qanuni erməni
silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə
və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli
anti-terror əməliyyatı barədə məlumat verib.

Azərbaycanın səfiri Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə
əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi
dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə
qarşı tərəfə təşəkkürünü ifadə edib.

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata
keçirilən yenidənqurma və bərpa işləri barədə
həmkarına ətraflı məlumat verib.

Səfir Muhammad Xalid Camali Azərbaycan ərazilərinin işğaldan azad olunması və
əldə olunan Qələbə münasibətilə bir daha təbrik edərək, Pakistan xalqı və
hökumətinin daim Azərbaycana dəstək olduğunu qeydedib, bu günə kimi Pakistanın
Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb. Görüş
zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına
təşəkkürünü bildirib. Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə
Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş
“Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

Source link