820e3484-033e-419d-9d84-7398520e2785..jpg

Azərbaycan və Qambiya XİN başçıları görüşüblər – FOTO

Baxış sayı: 806 dəfə baxılıb.

Azərbaycan və Qambiya XİN başçıları görüşüblər – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a
qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə
olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar
üzrə naziri Mamadu Tanqara ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın
inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir
mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən
Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin
QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib. Xarici işlər
naziri Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

44-günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud
mina təhlükəsindən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda artıq 282
nəfərin mina qurbanı olduğunu, habelə 10 noyabr 2020-ci il Üçtərəfli
Bəyanatından sonra Ermənistan tərəfindən 2021-ci ildə bu ölkədə istehsal
olunmuş minaların Azərbaycan ərazilərində basdırılması faktlarını diqqətə
çatdırıb.

Nazir Mamadu Tanqara öz növbəsində münasibətlərin daha da inkişaf etdirilməsi
üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini qeyd edib. Qambiya
naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil
qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini
diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd
edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Source link