0ab571de-45dc-42f9-988f-0bd5030a18e3..jpg

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər – FOTO/VİDEO

Baxış sayı: 756 dəfə baxılıb.

Azərbaycan və Qazaxıstan birgə hərbi təlimlər keçirəcəklər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə
nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli
lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və
gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri
qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri
səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən
məmnun olduğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri
üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu
əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan
islahatlar barədə məlumatlandırılıb.

General-polkovnik S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən
qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi
əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi
vurğulayıb.

Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki,
hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah
rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında
hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib,
birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq
doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur
Kərimova “Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını
təqdim edib.


Source link