83f1a9f1-5b52-416f-b368-42f16367de20..jpg

Azərbaycan və Qazaxıstan hərbçiləri adanı şərti terrorçulardan təmizlədilər – VİDEO

Baxış sayı: 564 dəfə baxılıb.

Azərbaycan və Qazaxıstan hərbçiləri adanı şərti terrorçulardan təmizlədilər –
VİDEO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi
qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının
HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə
taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın
dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə
tapşırıqlar yerinə yetirilib.

Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə
verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.


Source link