74e0b592-e1aa-478e-9ef9-371df55f02ab..jpg

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər

Baxış sayı: 591 dəfə baxılıb.

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə
ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə
ediblər.

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA
həftəsi çərçivəsində ölkədə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf,
innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun
da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat
verilib.

Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal
texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair
razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir
mübadiləsi aparılıb.

Qazaxıstan rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini
Aset Nurlanoviç Turısov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin
bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

Source link