Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər.
President.az
dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və
Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran
edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat
verilib.
Sonra dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən
bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə
baxıblar.
Daha sonra prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır
düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa
edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olublar.