7fdef70b-c8a2-4ea8-a00d-fd4f383b58bd.jpg

Azərbaycan və Qırğızıstan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Baxış sayı: 39 dəfə baxılıb.

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə naziri
general-leytenant Baktıbek Bekbolotov ilə görüşüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qırğız Respublikasının Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma
mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin
müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində
əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional
təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir
mübadiləsi aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qırğız
Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi
əməkdaşlıq planı” imzalanıb.

Source link