8c6a1087-9245-4c36-9afe-2fa679886321.jpg

Azərbaycan və Qırğızıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

Baxış sayı: 261 dəfə baxılıb.

Bakıda Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Maksat Mamıtkanovla Azərbaycan Respublikasının müdafiə
sənayesi naziri Vüqar Mustafayev arasında görüş keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud
əməkdaşlığı və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə
ediblər. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
tərəfindən hər iki ildən bir Bakıda keçirilən Beynəlxalq Müdafiə Sərgisi (ADEX)
barədə fikir mübadiləsi aparılıb.

Source link