Oktyabrın 15-də Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri
Mixail Mişustinə zəng edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat
yayıb .
Bildirilib ki hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının
cari məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da
genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
İkitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə
qarşılıqlı hazırlıq təsdiq edilib.