1e1d4585-81c2-4cf1-987e-608609b0d6d6..jpg

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb – FOTO

Baxış sayı: 535 dəfə baxılıb.

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi
əməkdaşlıq planı imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə
ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə
Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf
perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara
dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il
üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Source link