919b2852-cc60-4bbb-96c2-639c65867148..jpg

Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim və Azərbaycanın
konsulluq məsələləri üzrə xarici işlər nazirinin müavini Fariz Rzayevin
sədrliyi ilə Türkiyə-Azərbaycan konsulluq və miqrasiya məsləhətləşmələri
keçirilib.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin konsulluq münasibətlərinin
gündəliyində duran bütün məsələlər, xüsusən də vətəndaşlarla sıx bağlı olan
yaşayış, vətəndaşlıq, məhkəmə və nəqliyyat məsələləri ətraflı müzakirə olunub.

Bundan əlavə, miqrasiya məsələlərində ikitərəfli və regional əməkdaşlığın
gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi
aparılıb.

Türkiye-Azerbaycan Konsolosluk ve Göç İstişareleri, Bakan Yardımcımız Yasin
Ekrem Serim ve Can#Azerbaycan
‘ın
Konsolosluk İşlerinden Sorumlu Bakan Yardımcısı Fariz Rzayev’in başkanlığında
gerçekleşmiştir.

İstişarelerde, vatandaşlarımızı yakından ilgilendiren ikamet, nüfus,…
pic.twitter.com/QrrKcwQNhu
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) March 7, 2024

Source link