052fe68f-e69e-42bb-9428-f730b7764593..jpg

Azərbaycan və Türkiyə birgə taktiki təlimindən yeni görüntülər – VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Azərbaycan və Türkiyə birgə taktiki təlimindən yeni görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023”
birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri
plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü
hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və
digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki
qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və
aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.


Source link